"Son oyunumuzda qələbə qazanmaq istəyirdik, alınmadı.Düşünürəm ki, bu qrup bizim üçün heç də pis deyildi. Nəticə baxımından hansısa itkilərimiz oldu. Amma oyun və yaratdığımız şans baxımından bu qrupda daha çox şey edə bildik. Ancaq yekunda nəticə qazana bilmədik. Layiqli mübarizə apardığımızı düşünürəm. Sadəcə bəzi epizodlarda şansımız gətirmədi deyə, mərhələ adlaya bilmədik".
Fanat. Az-ın məlumatına görə, bunu "Qarabağ”ın 27 yaşlı yarımmüdafiəçisi Qara Qarayev deyib.
Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj”ı ilə heç-heçə etdikləri matçda "qırmızı” alan Qara oyundan sonra açıqlama verib: "Şansımız qalsaydı, fərqli ab-hava olardı... Biz komanda olaraq istəyimizi qoruyub saxlamağa çalışdıq. Yəni əhəmiyyətsiz matç deyildi. Son zamanlar yüklənmələr və yorğunluq çox olub. APOEL-lə oyundan sonra bizim üstümüzə gəldilər. Nəticə baxımından heç nə qazanmadığımız üçün bizə yüklənənlər oldu. Düşünürəm ki, onlar da bizi daha çox yordu.
İkinci yarıya paltardəyişmə otağının pəncərəsindən baxdım. Bu, həyatımın ən çətin 45 dəqiqəsi idi. Bütün komanda yoldaşlarım mənə dəstək oldu. Komandamı azlıqda qoymaq istəmirdim. İkinci yarıda meydanda bir nəfər də olsaydı, daha fərqli oynaya, qələbə qazana bilərdik. Bunu edə bilmədik”.
Fanat.Az