01:34 13.12.2019 1689

Rəşad Sadıqovdan cavab gəldi: "Elxan Məmmədova bildirdim ki..."

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin son turunda "Düdelanj"la 1:1 hesablı heç-heçədənin ardından media önünə çıxıb.

 

Fanat.Az xəbər verir ki, "köhlən atlar"ın təcrübəli müdafiəçisi matç haqda danışandan sonra sualları cavablandırıb:


- Oyun istədiyimiz kimi başlamadı. Rəqibin həm sistemi, həm də oyun üslubu gözlənilməz oldu. 5-3-2 sistemi ilə oynayacaqlarını və pressinq edəcəklərini gözləmirdik. Amma təcrübəli komandayıq, belə şeylərə hazır olmalıyıq. Təəssüf ki, bu gün hazır deyildik. Bəzi məqamlarda rəqib bizə oynamağa imkan vermədi. İlk hissədən sonra məşqçimiz bizi sərt şəkildə tənqid etdi ki, daha sürətli oynayaq, topa sahib olaq. İkinci hissə başlayan kimi azlıqda qaldıq, bundan sonra isə qol buraxdıq. Amma komanda əzmkarlıq göstərdi. Hətta məğlub olsaydıq belə, eyni sözləri deyəcəkdim. Sona qədər mübarizə apardıq. Bir neçə qol epizodumuz oldu. İstifadə edə bilmədik. Şükürlər olsun ki, son dəqiqələrdə hesabı bərabərləşdirdik və qrupu məğlubiyyətlə başa vurmadıq.


- Bu oyun formal xarakter daşıyırdı. Motivasiya baxımından bunun təsiri oldumu?

- Həqiqətən səbəblər çoxdur. Tək o deyil. Üst-üstə gəlsək, komanda qış fasiləsinə qədər 30-a yaxın oyun keçirir. Milli üzvlərinin oyunlarını da nəzərə alsaq, 33-34 matç edir. Komanda çox yorğundur. Motivasiya baxımından da çətin idi. Böyük zərbələr almışdıq. Qrupdan çıxacağımıza ümidli idik. Hətta oyunöncəsi isinmə hərəkətlərindən sonra Qurban müəllim bizi tənqid etdi ki, xoşuma gəlmədiz. Hamı səbəbini bilir. Qol buraxandan sonra sanki komanda ayıldı. Göstərdik ki, məğlub olmaq istəmirik. Fərqi yoxdur, "Qarabağ"ın formasında meydana çıxdığımız hər bir oyuna ciddi yanaşmalı və canımızı meydanda qoymalıyıq.


- Səncə, "Qarabağ"ın qrupda tutduğu yer gücünə uyğundur, yoxsa bəxtiniz gətirmədi?

- Qrup bilinəndə mənim üçün APOEL-lə güc nisbəti bərabər idi. Amma aramızda oyunlarda biz onlardan qat-qat üstün oynadıq. Açıqlamalarına fikir verirsizsə, onların özlərində də şübhə var ki, "Qarabağ" bizi keçməli idi. Bizim üstün olduğumuzu hamı gördü. Təəsüf ki, səfərdəki oyunda qol imkanlarından istifadə edə bilmədik. 1:0-dan sonra heç olmasa birini vursaydıq, bugünkü oyun artıq formallıq daşıyacaqdı. Amma alınmadı. Bu hallarla çox qarşılaşmışıq. Yadınızdadırsa, Çempionlar Liqasının II təsnifat mərhələsini keçdikdən sonra həmişə yaxşı oynayırdıq, sonda nəsə çatmırdı. Sonra elə oldu ki, o sindromu qırdıq. Səbrli olmaq lazımdır. Böyük uğurlar səbr və zəhmət tələb edir. Qarşıdakı mövsümlərə hazırlaşmaq lazımdır. Məncə, qrupa düşməyi bu qədər kiçiltmək, adiləşdirmək lazım deyil. Vaxt var idi, bunları sadəcə arzu edirdik. Bəli, bu il yaxşı şansımız var idi. Oyun baxımından da yaxşı təsir bağışladıq. Ancaq sonda nəticə istədiyimiz kimi olmadı.


- APOEL evdə "Sevilya"ya qalib gəldi...

- Düzü, xəbərim yoxdur. APOEL zəif rəqib deyil. Sadəcə, biz hər iki oyunda onları çox üstələdik. Təəssüflər olsun ki, ən azı birində qələbə qazana bilmədik.


- Yadımdadır, təxminən 3 ay əvvəl qrup mərhələsi başlamamış bildirmişdin ki, "Sevilya"nı çıxmaq şərtilə güclər bərabərdir, nəhayət, bu dəfə qrupdan çıxmalıyıq.

- Çıxmalıyıq?


- Bəli.

- Mən həyatımboyu belə açıqlama verməmişəm. Özümdən əminəm. Çünki öz mentalitetimi bilirəm. Heç vaxt deyə bilmərəm ki, qrupdan çıxmalıyıq. Çalışacağıq, cəhd edəcəyik, demişəm. Futbolda əvvəlcədən proqnoz vermək mümkün deyil. Bu gün "Düdelanj"a da uduza bilərdik. Səfərdə APOEL-i udmuşdular. Evdə də kiprlilərə qarşı yaxşı oynamışdılar. APOEL-lə bizim oyunlarda qırılma nöqtələri çox oldu. 1:0-dan sonra 57-ci dəqiqədə real qol epizodları yaxaladıq. Vura bilmədik. Onlar isə 58-ci dəqiqədə künc zərbəsindən fərqləndilər. Bir epizod çox şeyi həll edə bilərdi. Təəssüf ki, bizim xeyirimizə olmadı. Deməli, bir az da çox çalışmaq lazımdır. Amma yenə deyirəm, qrupa düşməyimizi adiləşdirmək lazım deyil. İstəmərəm ki, gələcəkdə qrupa düşmək yenə bizim üçün xəyal olsun. Bu, həqiqətən də çətin bir şeydir. 4 tur keçirsən. Arzu edərdim ki, hər bir qrupumuz heç olmasa qrupa düşsün. Orada hətta qələbənin belə arzusunda idik. Bilirəm, qrupdan çıxmağımızı hamı istəyirdi. Tənqidləri normal qarşılayıram. Səhv, məğlubiyyət varsa, tənqid olacaq. Ancaq bəzi şeyləri də unutmaq lazım deyil. Mənə görə Azərbaycan klubunun Avroliqanın qrupunda oynaması uğurdur. Bunu hər zaman deyəcəm. Hətta çempionatda hansısa rəqib komanda qrupa düşsə də, eyni fikirdə olacam.


- Qrupdan çıxmağa heyətiniz nə dərəcədə mane oldu?

- Bilmirsən, heyətdən danışasan, yoxsa nədən. Məncə, əsas səbəb qol imkanlarından istifadə etməməyimiz oldu. Eizodları yığsaq, 6 oyunda 100 faizlik 22-23 qol imkanımız olub.


- Heyətin neçə faizi dəyişməlidir ki, komanda növbəti mövsümdə də avrokubokların qrupunda mübarizə aparsın?

- Bu mövsüm qrupa düşmüşüksə, orada yaxşı oyun nümayiş etdirmişiksə, hazırkı heyəti də uğurlu hesab edirəm. Adam istəyər ki, hər il 2-3 yeni futbolçu, yeni nəfəs gəlsin. Çünki bir yerdə qaldıqca hərşey çətinləşir. Məsələn, Qvardiola 5 il "Barselona"d, 3 il "Bavariya"da işlədi, dedi ki, bəsdir, çox olmaz. Bu cür dəyişikliklər komandanın xeyirinə olur. Düşünürəm ki, imkan olsa, məşqçilər heyətimiz qışda və ya yayda heyətlə bağlı bu dəyişiklikləri edəcəklər.

 

- Sabah İcraiyyə Komitəsinin iclası keçiriləcək. Sizcə, yığma komandamızın yeni baş məşqçisi əcnəbi, yoxsa yerli olmalıdır?

- Həmişə yerli məşqçinin tərəfdarı olmuşam. Əcnəbi mütəxəssisin təcrübəsindən danışırlar. Mənə maraqlıdır, Nikola Yurçeviçin hansı təcrübəsi var idi ki? Təcrübə problem deyil, əsas odur ki, oyunçularla dil tapa biləsən, mentalitet bir olsun. Buna görə də yerli mütəxəssis istəyirəm. Əgər əcnəbi olacaqsa, çox istəyərəm ki, Robert Prosineçki olsun. O, Azərbaycan mentalitetini tez qavradı, futbolçularla dil tapdı. Yerli istəyirəm, amma əcnəbi olacaqsa, yeganə istəyim Robert Prosineçkidir.


 

- AFFA-nın baş katibi Elxan Məmmədov İTV-dəki verilişdə sizin yığmadan göndərilməyinizin səbəbində bildirdi ki, Rəşad Sadıqov həm də futbol oynayırdı.

- Təyinatdan öncə beş dəfə söhbət olmuşdu və razılaşmırdım. Futbol oynadığımı deyirdim. Söhbətlər, görüşlər olub. Görüşdə "Qarabağ”da oynaya-oynaya U-19 komandasını çalışdırdığımı və "Atletiko”ya səfərdə qalib gəldiyimi deyiblər. Yəni, təcrübəmin olduğunu, futbolçuları tanıdığımı bildirirdilər. Mən də razılaşdım. Hətta göndərilməmişdən bir gün qabaq Elxan Məmmədovla telefon danışığında bildirdim ki, problem mənim məşqçiliyimdədirsə, karyeramı bitirə bilərəm. Səbəb soruşanda dedilər ki, həm məşqçisən, həm də futbolçu. Bildirdim ki, karyeramı bitirə bilərəm. Bu məsələ futbolçu karyerası ilə bağlı deyil. Bunu ora yönəltmək lazım deyil. Millidən getməyim futbolçu karyerama görə deyildi. Mən keçən il karyeramı bitirəcəkdim. Bu söhbət də olmuşdu. Orda bildirdim ki, məşqçi karyeramı davam etdirmək istəyirəm. İstəyirsinizsə, karyeramı bitirib, məşqçi ola bilərəm. Sonra isə cavab gəlmədi.


 

- Əsl səbəbi açıqlaya bilərsiniz?

- Qərarı qarşı tərəf verib. Yaxşı olardı ki, bir daha soruşasınız.

 

Fanat.Az

 



 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X