Azərbaycan millisinin futbolçusu Pavel Paşayev çıxış etdiyi "Aleksandriya” ilə növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Ukrayna klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Gent"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin müdafiəçisi 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ukrayna təmsilçisi İ qrupunu 3 xalla sonuncu pillədə başa vurub.
Fanat.Az