Rusiyanın "Ufa” klubunun üzvü Azər Əliyev noyabr və dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin azarkeşləri arasında keçirilən sorğuda 42,1 faiz səs toplayan Əliyev həm noyabr, həm də dekabrın ən yaxşısı olub.
25 yaşlı yarımmüdafiəçi bu müddətdə 4 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Ufa” Premyer Liqada 19 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.
Fanat.Az