AFFA İntizam Komitəsi həvəskarlar liqasında çıxış edən futbolçuları da cəzalandırıb.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum Region Liqasında çıxış edən 3 oyunçuya manipulyasiya olunmuş oyunlarda iştiraka görə cəza kəsib. Bunlar "Uğur"dan Cəmşid Məhərrəmov, "Ağsu Siti"dən Tuqay Alhüseynli və "Alyans" komandasından Cəmil Rəhimlidi.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulu.
Qeyd edək ki, Cəmşid Məhərrəmov 2007 - 2009-cu illərdə Azərbaycan yığmasının formasını geyinib. Qurum daha öncə 22 futbolçunu cəzalandırdığını açıqlayıb. Ötən gün onun həbs olunması barədə xəbərlər yayılıb.
Fanat.Az