Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda "Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək əvəzlənməyib.
17 tura 26 xal yığan "Ersgebirge” turnir cədvəlində 18 kollektiv arasında 5-ci pillədə mövqe tutub.
Fanat.Az