11:36 14.12.2019 1940

Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

Heç kimin vəkili deyiləm. Amma haqsızlığa biganə qalmaq olmur. 28 nəfəri futboldan sildik, bu, nəyisə dəyişəcəkmi? Elədisə, "Rəvan”ın, "Şərurspor”un çempionatdan qovulması, "Bakılı”, "Göyəzən”, "Energetik”in dağıdılması niyə dəyişmədi? O klublar getdi, "Turan Tovuz”, "Ağsu” ortaya çıxdı, bu futbolçuların da yerini başqaları alacaq. Problem fərdlərdə deyil.
 
***
 
Siz canınız, kimi aldadırsız, kimin gözündən pərdə asırsız? Axı, addımlarınız göstərir ki, məkrlisiz, məqsədlisiz. Çox bəsit addımlar atırsız. Qazanda nə bişdiyini görmək üçün qapağını qaldırıb baxmağa ehtiyac yoxdu, qoxusundan hər şey bəlli olur.
 
***
 
AFFA dünən 28 nəfəri futboldan "sildi”. Rəsmi qərarda da göstərildi ki: "...Birinci divizionda çıxış edən "Ağsu”, "Turan Tovuz” və "Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub...”
 
Çox gözəl. Həqiqətən alqışlanası addımdı. Bu insanların günahını sübut etdikdən sonra onları nəinki futboldan silmək, bəlkə ümumiyyətlə, cəmiyyətdən təcrid etmək lazımdı. Pis örnəkdilər, gənclərimizin gələcəyini məhv edirlər, futbolun təməl prinsiplərini xəyanət edirlər. Və yalnız futbolçuları cəzalandırmaqla kifayətlənmək olmaz, bu, böyük şəbəkədi, onların gedib çıxdığı ən son nöqtəni tapmaq, virusun kökünü kəsmək lazımdı. "Məhsul”u tapıb yandırmaqla onun axırına çıxmaq olmaz, "fermer”ləri, "plantasiya”ları məhv etmək lazımdı.
 
***
 
Futbolçuları diskvalifikasiya etdiz, bəs, "Ağsu”nun, "Turan Tovuz”un taleyi ilə bağlı niyə qərar vermədiz? Yiyələrindən qorxursuz? Bu klubların faktiki meydana çıxmaq üçün heyəti qalmayıb, onları çempionatdan qovmaq buqədərmi çətindi? Niyə araşdırmaları 2 klubla kifayətləndirdiz? Axı, "Qaradağ Lökbatan” və MOİK futbolçuları da araşdırma obyektidi. Onları növbəti hədə dalğasına saxlayırsız? Yoxsa klanların davasında birinin digərinə verdiyi gözdağıdı, demək istəyirsiz ki, "ağıllanmasaz, yerimizə göz dikməyə davam etsəz”, sizi də eyni aqibət gözləyir?
 
Hər şey əladı, gözəldi, günahkarlar cəzalanır. Amma bunu niyə dekabrın 13-də, məhz İcraiyyə Komitəsinin iclası günü etdiz? Çünki...
 
...İcraiyyə Komitəsində Avro-2020-nin final mərhələsinə çıxa bilməməyin;
...Seçmə mərhələdə cəmi 1 xal toplamağın;
...Nikola Yurçeviç kimi sıradan birinə niyə 1 milyon avro verildiyinin, ümumiyyətlə, onun ölkəmizə niyə çağırıldığının;
...Bütün milli komandaların faciəvi çıxışının;
...Uşaq futbolundakı biabırçı durumun;
...Onlarca uğursuz layihənin;
...Dağıdılan milyonların;
...Və daha nələrin hesabatını verməli idiz. Siz isə baş aldatmaq üçün oyun alverinylə bağlı araşdırmaların nəticəsini məhz hesabat günündə açıqladız. Bəli, araşdırılmalı, günahkarlar cəzalanmalıdı. Amma niyyətinizi, məqsədinizi ucuz oyunlarla, ssenarilərlə ortaya qoyursuz. Gündəm dəyişməklə səbəbləri dəyişə bilməyəcəksiz.
 
***
 
Və sual: divizion klubları nəyə görə danışılmış oyunlara gedir, futbolçular niyə bu çirkaba bulaşır? Bu sualı özünüzə vermisizmi?
 
Cavabı deyim:
 
1. Premyer Liqaya vəsiqə qazanmaq şansı yox, düz-əməlli maaş yox, mükafat yox. Kəsəsi, futbolun ruhu olan mübarizə üçün stimul yoxdu. Heç kim 200-300 manatla ailə saxlaya, dolandıra bilməz. Belədə ehtiyac içində çabalayanlar asanca bukmekerlərin, işbazların toruna düşür, pis yolu seçir, özlərini də məhv edirlər, ətraflarını da.
2. Premyer Liqada cəmi 8 komanda var. Üzdə olan 30-40 yerli futbolçu və legionerlər bütün yerləri tutub. Kəsəsi, divizion klublarının üzvlərinin inkişaf etmək, yuxarı yüksəlmək imkanı yoxdu. Yaşamaq üçün rahat qazanc yolu tapmalıydılar. Komanda sayı çox olardı, onlar daha imkanlı klublarda oynayardı, normal maaş alardı və bu yola düşməzdilər.
3. Başqa sahədə işləmək perspektivi yoxdu, bu insanlar uşaqlıqdan ömürlərini futbola bağlayıblar. Əvvəla, başqa iş yoxdu, varsa da bunlarlıq deyil. Hamı Qara Qarayev, Maksim Medvedev, Emin Mahmudov olası deyil, ikinci, üçüncü dərəcəli futbolçular da olmalıdı. Və onlara uyğun komandalar olmalı, bu futbolçular orada oynamalıdılar.
4. Bu uşaqları özümüz cinayətkar kimi yetişdirmişik. Bəlkə də əksəriyyətinin istedadı olub, amma uşaq məktəblərində top oyununun sirrlərini öyrənə bilməyiblər, çünki məktəblərimiz bərbad gündədi, məşqçi-pedaqoqlarımız yoxdu. Beləcə elə uşaq vaxtından şikəst ediliblər, yarıfabrikat kimi yetişiblər, bu yaşlarında başqa sənət tapmaları mümkün deyil. Ona görə də cinayətə məcbur olublar.
 
***
 
Qərar vermək asandı. Amma bu futbolçuları axı, özümüz cinayətkara çevirmişik. İndi də günahlarımız qumarbaz rolunda qarşımıza çıxır. Eddi İsrafilov, Renat Dadaşov, Dmitri Nazarov hərəsi 1-2 milyon dolar alıb minnətlə millimizin formasını geyir. Həmin pulları düzgün xərcləsəydik, sağlam nəslin yetişməsinə, inkişafına yönəltəsəydik, indi belə olmazdı axı.
 
***
 
AFFA-nın baş katibi Elxan Məmmədov 3 ildi bu virusla mübarizə apardıqlarını deyir. Doğrudu, çünki əvvəllər heç buna ehtiyac yox idi. O zaman Premyer Liqada daha çox komanda oynayırdı, hamının oynaması üçün şərait vardı; futbolçular sovet futbol məktəbinin yetirməsiydi, yarıfabrikatlar deyildi. Və təbii ki, pis yola gedənlərin sayı çox az idi, belə cəzalara da ehtiyac qalmırdı.
 
Hörmətli AFFA rəhbərləri, bugünün cinayətkarları sizin qurduğunuz bərbad sistemin məhsullarıdı, onları siz yetişdirmisiz. 12 il öncə bünövrəni qoymusuz, yetişib, böyüyüb, sağalmaz yaraya çevriliblər. Və bu gün də onları siz bəsləyirsiz, məhz sizin məqsədsiz maliyyələşdirdiyiniz klublarda oynayırlar. Papağınızı qarşınıza qoyub, fikirləşin, əgər papaq qoyursuzsa...
 
Vüsal Mahmudov
Futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X