"Çelsi”nin futbolçusu Olivye Jiru qışda İtaliya A Seriyasına transfer olunacaq.
Fanat.Az "L’Équipe” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı fransalı hücumçu "İnter"ə keçir. O, artıq Milan təmsilçisi ilə şəxsi müqaviləsini razılaşdırıb.
İndi "İnter" "Çelsi" ilə transfer məbləğini müzakirə edir. Londonluların Jiru üçün böyük məbləğ tələb etməyəcəkləri bildirilir.
Fanat.Az