PSJ "İnter"dən icarəyə götürdüyü Mauro İkardinin transfer hüququnu almaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. İddia olunur ki, Paris klubu 26 yaşlı argentinalı üçün "İnter"ə 70 milyon avro təklif ödəməyə hazırdı.
Forvard özü də PSJ-də qalmaq istəyir. Amma həyat yoldaşı və meneceri Vanda Nara buna qarşıdı. O, ərinin "Real" və "Yuventus" kimi klublara transferini istəyir. Bu səbəbdən həm də müştərisi olan həyat yoldaşına PSJ ilə danışıqlar masasına oturmağı qadağan edib.
Qeyd edək ki, PSJ İkardini 2020-ci ilin yayınadək icarəyə götürüb. O, Paris klubunun heyətində keçirdiyi 15 rəsmi oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az