Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, qarşılaşmaların hamısı ötənilki cütlərdən ibarət olub.
İlk oyun gününə iki görüş təsadüf edib. Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı, "ASCO Arena"da isə "Səbail" "Zirə"ni qəbul edib.
Ölkə kubokunun son qalibi olan "qırmızı-qaralar" paytaxt təmsilçisi ilə ölkə kubokunda üçüncü dəfə üz-üzə gəlib. Ötənilki matçların hər ikisində qələbəyə sevinən "Qəbələ” "Sabah"ı 3 cavabsız qolla üstələyib.
"Səbail" və "Zirə"nin duelindən isə qol səsi çıxmayıb.
Qeyd edək ki, digər iki görüş dekabrın sabah keçiriləcək. Həmin gün "Neftçi" "Sumqayıt"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Bütün görüşlər "CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar
15 dekabr
Qəbələ - Sabah 3:0
Qollar: Klesio Bauk, 19; 43. Ülvi İsgəndərov, 87.
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+3.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopes, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Azər Bağırov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Dialo, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu.
Səbail - Zirə 0:0
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 22. Mirabdulla Abbasov, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 4. Elvin Camalov, 27. Adrian Skarlatake (k), 18. Xulio Sezar Rodriqes, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
"ASCO Arena”.
Fanat.Az