Kosta Rikanın "Qvadalupe” klubunun futbolçusu Frank Zamora Azərbaycandan təklif alıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçunun xidmətində adı açıqlanmayan Premyer Liqa klublarımızdan biri maraqlıdı.
Kosta Rika mediasının məlumatına görə, Zamora Azərbaycan və Asiya ölkələrindən birindən təklif alıb. Azərbaycan təmsilçisinin göndərdiyi təklifin daha cəlbedici olduğu qeyd edilir.
Qeyd edək ki, Zamora əvvəllər Kosta Rikanın müxtəlif klublarında çıxış edib. O, bu ilin əvvəlindən forma geyindiyi "Qvadalupe”nin heyətində 18 oyuna çıxaraq 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az