17:59 15.12.2019 1157

Jelko Sopiç: "Onlar bizdən daha ağıllı oynadılar""

"Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

 

 

 

Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında belə danışıb:


 

"Rəqibi təbrik edirəm. Onlar bizdən daha ağıllı oynadılar. "Qəbələ"nin heyətində 3, 6, 9 və 10 nömrəli futbolçuları fərqləndirərdim. Onlar meydanda fərq yaratdılar. İkinci hissədə göstərdiyimiz oyuna görə bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Bilirsiz, futbolu qola görə oynayırlar. Yaxşı oynayıb, qol vurmursansa, bunun bir mənası yoxdu. Keyfiyyət bu oyunda da öz sözünü dedi".


 

O, cavab matçında geridönüş etmələrinin mümkün olduğunu bildirib: "Həyatda da çox nikbin insanam. Əlbəttə, ümid edirəm. Bunun üçün bütün gücümüzü ortaya qoymalı və ən azı 3 qol vurmalıyıq. Ancaq onu da deyim ki, son oyunlarda çox qol vurmamışıq. Bu, yenə də keyfiyyətin göstəricisidi".

 

Sopiç bu oyundan sonra qışda komandadan gedəcək futbolçuların siyahısına yeni adlar əlavə olunacağını deyib: "Bu, bizim imkanlarımıza bağlıdı. Çempionatda bizdən aşağıda olan rəqibdən cəmi 1 xal irəlidəyik. Cərimə meydançasına 25 asma edib təhlükə yarada bilmiriksə, bizə nə lazım olduğunu artıq bilirik”.

 

İlk dəfə Qəbələdə olan Sopiç oradakı infrastrukturu Xorvatiya klubları ilə müqayisə edib: "Deyə bilərəm ki, Xorvatiyada heç bir klubun belə 11 meydançası yoxdu. Klub təşkilatçılığı barədə nəsə deyə bilmərəm. Amma eşitdiyimə görə, Qəbələdə 11 məşq meydançası var. Bu isə çox yüksək göstəricidi. Bizdə belə şəraitə malik olan komandalar yoxdu".


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X