Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Dnepr-1” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1. Paşayev oynamayıb. Millimizin üzvü sarı vərəqə limitini doldurduğu üçün matça kənardan baxıb.
18 tura 33 xal yığan "Aleksandriya” 12 kollektiv arasında 5-ci pillədə mövqe tutub.
Fanat.Az