Azərbaycan millisinin baş məşqçi postuna namizəd olduğu deyilən Robert Prosineçki açıqlama verib.
Fanat.Az xəbər verir ki, bir müddət əvvəl Bosniya və Herseqovina millisindən istefa verən xorvatiyalı mütəxəssis bu barədə qısa danışıb və millimizə qayıdacağını istisna etməyib:
"Hər şey mümkündü, görəcəyik! Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var".
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.
Fanat.Az