"Formula 1”in keçmiş sahibi və baş direktoru, milyarder Berni Ekklstounun qızı, model Tamara Ekklstou oğruların hədəfinə çevirilib.
Fanat.Az xəbər verir ki, məşhur modelin evi qarət edilib. Oğrular Tamaranın Londonda yerləşən və mühafizə olunan mənzilindən dəyəri 50 milyon funt-sterlinq (67 milyon dollar) olan qızıl-zinət əşyaları aparıb.
Hadisə ötən həftənin cümə günü baş verib. Oğurlanan əşyalar arasında atasının Tamaraya toy hədiyyəsi olaraq verdiyi 80 min funt-strelinq (107 min dollar) dəyərindəki bilərzik da var. Hələlik faktla bağlı saxlanılan yoxdur.
"Biz oğurluq faktının baş verdiyini təsdiqləyirik. Hazırda evin mühafizəçiləri bu məsələ ilə bağlı polislə əməkdaşlıq edir. Tamara və onun ailəsi qaydasındır. Amma o, baş verənlərə görə sarsılıb” – deyə modelin mətbuat xidmətindən bildirilib.
Fanat.Az