"Nəticə neqativdi, oyun ürəyimi açmadı. Hesabı erkən açmaq istəyirdik. Ancaq bununla yanaşı, az risk etməliyidik. Rəqibin 5 müdafiəçi ilə oynayacağını bilirdik. İlk yarıda elə qol epizodları yarada bilmədik, çünki çox qapanmışdılar".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.
İtaliyalı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "İkinci hissə imkanlarımız çox oldu. Tural Axundovun epizodunda hesabı bərabərləşdirə bilərdik. Səhvimiz ondan ibarət idi ki, futbolçular tələsirdi, çox səbrsiz davranırdılar. Tələskənlikdən narazı qaldım. İkinci hissə buna görə qapımızda qol görə bilərdik. Oyunçular çox səbrsiz davranırdılar. Səbrli olduqda, topa nəzarət edəndə rəqibə çətinlik yarada bilirdik. Üstünlük rəqibdədi. Səfərdə qalib gəliblər. Bu oyuna nəzər yetirdikdə bəzi məqamlar var ki, hər oyunçu üçün dərs olmalı, ondan nəticə çıxarmalıdılar. Bu oyunda qol imkanları dəyərləndirə bilmədilər deyə, növbəti oyunda cüzi imkanları da dəyərləndirməlidilər”.
Fanat.Az