"Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika da var idi”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Futbolçular son dəqiqələrə qədər tempi saxladılar. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq”.
Qurbanov icarə müddəti bitmək üzrə olan Asmir Beqoviçlə bağlı sualı da cavablandırıb: " Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. "Bornmut” rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir".
Baş məşqçi "Milli komandaya qayıtmaq təklifi alsanız, necə dəyərləndirərsiniz" sualına belə cavab verib: "Bu sualın cavabı burda qalsın. "Qarabağ”la daha yaxşı hazırlaşaq".
Fanat.Az