2020/21 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.
İTV-də yayımlanan "Bol idman" verilişində qonaq olan Musayev "Kəpəz" və "Turan Tovuz"un yenidən elitaya qayıdacağını bildirib: "Gələn mövsümdən Premyer Liqada 10 komanda olacaq. "Kəpəz"lə "Turan Tovuz" elitada çıxış edəcək".
Fanat.Az