"Səbail"in qış təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi Türkiyədə Ukraynanın "Olimpik" klubu ilə qarşılaşacaq. Bu barədə Donetsk klubu məlumat yayıb.
Yanvarın 14-də Antalyaya yollanacaq "Olimpik" ikinci yoxlama oyununu ayın 18-də "Səbail"ə qarşı keçirəcək.
Qeyd edək ki, "Səbail" 12–26 yanvar tarixlərində Türkiyədə hazırlaşmağı və 4 yoxlama matçı keçirməyi planlaşdırır.
Fanat.Az