UEFA Çempionlar Liqasında və Avropa Liqasında 2018/19 mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, Avropa futbol qurumu tərəfindən ayrılmış 73 min 170 avro (138 min 657 manat) vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"a 54 min 120 (102 min 557 manat), "Keşlə", "Qəbələ" və "Neftçi"nin isə hərəsinə 6 min 350 avro (12 min 33 manat) ödəniş olunub. "Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
Qeyd edək ki, məbləğin 80%-i UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının seçmə mərhələlərini adlaya bilməmiş klublara bərabər hissələrlə paylanır.
Fanat.Az