“Turan”ın Qazaxıstandan olan müdafiəçisi Anatoli Stukalov bəyan edib ki, o, növbəti mövsümdə də Azərbaycan Premyer Liqasında çıxış edəcək. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Azərbaycanda hər şey xoşuma gəlir. Amma çətin ki, “Turan”da qalım. Böyük ehtimalla başqa komandaya keçəcəm. Növbəti mövsümün startına iki aydan çox vaxt qalır. Hər şeyə bundan sonra aydınlıq gələcək. Hər bir futbolçu daha da inkişaf etmək, güclü klublarda oynamaq istəyir. Mən də bunu çox istəyirəm”.