Futbolçu evləndiyi "qadınla" əsgər yoldaşı olub - ŞOK
Türkiyə Kubokunun "Tuzlaspor" - "Qalatasaray" matçında (0:4) dava-dalaşa səbəb olan meydan sahiblərinin futbolçusu Gökhan Çıra yerli mediada müzakirə mövzusuna çevirilib.
Fanat.Az xəbər verir ki, onunla bağlı şok iddia ortaya atılıb. İddia olunub ki, Gökhan Çıra bir müddət əvvəl evləndiyi transseksual Selin Ciğerci ilə əsgər yoldaşı olub. Bu iddia "Twitter"də qısa müddətdə trendə çevirilib.
Gökhan Çıra isə iddialarla bağlı açıqlamasında bunları deyib: "Məni həyat yoldaşımla vurmağa çalışmayın. Mən ölənə qədər onun arxasındayam".
Qeyd edək ki, Selin Ciğerci cinsiyyətini dəyişib və bir müddət əvvəl Gökhan Çıra ilə evlənib.