Millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Albasete" İspaniya kubokunda 1/64 final mərhələsinin oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Sequnda komandası səfərdə üçüncü liqa təmsilçisi "Tudelano" ilə üz-üzə gəlib. Qonaqlar evə 1:0 hesablı zəfərlə qayıdıb. Bu qələbə sayəsində "Albasete" 1/32 finala yüksəlib.
Eddi start "11-lik”də olub və90 dəqiqə oynayıb.
Fanat.Az