Ötən həftənin cümə günü AFFA birinci divizionda oyunların nəticələrinin əvvəlcədən müəyyənləşməsində iştirakı olan futbolçuların siyahısını açıqladı və 28 nəfər ömürlük futboldan uzaqlaşdırıldı.
Sportinfo.az-ın məlumatına görə, bu, UEFA-nın AFFA-ya təqdimatı əsasında reallaşıb. Amma ki… Avropa futbol qurumunun tərtib etdiyi siyahı "qayçılanıb".
Federasiya buradan 4 futbolçunun adlarını çıxarıb. Hansılar ki, əsas və gənclərdən ibarət millilərin formasını geyinir.
AFFA-nın həmin oyunçuların kimliyini ictimaiyyətdən gizlətməkdə məqsədi var. Daha dəqiq desək, qurum "qara siyahı"ya düşən isimlərin açıqlanacağı halda, cəmiyyətdə yarana biləcək rezonansdan qorxub.
Fanat.Az