Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"sunun baş məşqçisi Kirill Novikovla müqavilənin müddəti uzadılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi ilə yanaşı onun köməkçisi Vitali Qrişin və qapıçı məşqçisi Dmitri İzotovla da yeni anlaşma imzalanıb. Müqavilələr 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kirill Novikov oktyabrın 8-də "Dinamo"ya baş məşqçi təyin olunub. Komanda 38 yaşlı mütəxəssisin rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət çəkir. Moskva klubu 19 turdan sonra Rusiya Premyer Liqasında 24 xalla 8-ci pillədə qərarlaşıb. Ramil Şeydayev bu ilin yayından "Dinamo"nun formasını geyinir. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.
Fanat.Az