22:51 20.12.2019 2701

"Göndəriləcək oyunçular barədə nəsə deyə bilmərəm" - Qurban Qurbanov

"Hamımız ilk yarını ağır keçirdik. Bir az istirahətə ehtiyac var. Hərçənd biz az istirahət edəcəyik. Bir neçə günə hazırlığa başlayırıq. Futbolçulara qələbə üçün təşəkkür edirəm. Qələbəyə sevinirik, üçüncü qolu gənc oyunçumuz vurduğu üçün daha çox sevindim".

Fanat.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ni 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis yarımfinalda qarşılaşacaqları "Sumqayıt"la görüş barədə danışmağın tez olduğunu söyləyib: "Hazırlaşmaq üçün çox vaxt var. Hər bir komanda mübarizə aparır. İstənilən nəticələr ola bilər. Bizim də çətinliklərimiz olur. Uduzduğumuz oyunlar da var".

Təcrübəli məşqçi "Neftçi"nin ötən il, komandasının isə bu il qış fasiləsinə birinci pillədə yollanmasına münasibət bildirib: "Neftçi"nin zəiflədiyini qətiyyən düşünmürəm. Bu dəfə xal fərqi başqa oldu. Əminəm ki, hər iki kollektiv qışdan sonra daha ciddi hazırlaşacaq".

Qurbanov oğlu Musa Qurbanlının çıxışı barədə də danışmağın tez olduğunu deyib: "Bu sadəcə rəsmi debüt idi. Gənc futbolçulara fikir bildirmək tezdir. Öz üzərilərində çox çalışmalıdırlar. Formalaşmaları üçün vaxt lazımdır. Bu gün Simeon Slavçevlə yollarımızı ayırdıq. Digər göndəriləcək oyunçular barədə nəsə deyə bilmərəm".

Mütəxəssis sabiq futbolçuları Pedro Enrike ilə danışıqların olduğunu lakin bu keçidin baş tutmadığını sözlərinə əlavə edib. Məşqçi daha sonra qapıçı mövqeyi ilə bağlı fikirlərini bölüşüb: "Bu mövqe ilə bağlı bir neçə variant var. Danışıqlar gedir. Hələ Asmir Beqoviç üçün "Bornmut" rəhbərli ilə danışıqlar olacaq. Amma görünən odur ki, asan həll olunan transferə bənzəmir".

O, son olaraq Riçard Almeydanın da klubla müqaviləsinin bitməsi barədə danışıb: "Klubu "Astana" ilə razılıq olmayıb. Danışıqlara başlamışıq". (Report.az)
 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X