Portuqaliya liqa
kubokunda qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat
Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra” öz meydanında qrup lideri "Braqa” ilə
qarşılaşıb. Oyun qonaqarın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə salınmayıb.
"Braqa” qrup lideri kimi yarımfinala yüksəlib. "Pasuş
de Ferreyra” isə 4 xalla ikinci olub və mübarizəni dayandırıb.
Fanat.Az