Ekvador futbolunda faciə baş verib.
Fanat.Az-ın xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Edison Realpe həlak olub.
"LDU Kito" klubunun futbolçusu avtomobil qəzasında ölüb. 23 yaşında bədbəxt hadisənin qurbanı olan Realpe son mənzilə yola salınacaq.
Qeyd edək ki, Edison Ekvadorun gənclər yığmasına dəvət alsa da, əsas millidə oynamayıb.
Fanat.Az