"Səbail”dən ayrılan müdafiəçi Elvin Yunuszadənin müsahibəsi:
- "Səbail”dən ayrılmağına səbəb nə idi? Klub səni göndərdi, yoxsa
vəziyyətin yaxşı olmaması səni ayrılmağa vadar etdi?
- Son vaxtlar ayağımda ağrılar var idi. 1-2 oyunda bu səbəbdən meydana
çıxmadım. Oturduq klubla danışdıq və razılaşdıq. Qarşılıqlı razılıq əsasında
müqaviləni pozduq. Ayrıldım və ümid edirəm ki, hər iki tərəf üçün xeyirli olar.
- Maddi problemlər bu məsələdə rol oynadı?
- Bu barədə danışmaq istəmirəm. Belə məsələlər daxildə qalmalıdı. Ümid edirəm
ki, qərar hər iki tərəf üçün də xeyirli olacaq.
- Təklif varmı?
- Hələ ki, bu barədə bir məlumat yoxdu. Bir şey olsa, sizə danışacam.
- Son zamanlar "Səbail”də
intizam qaydalarını pozduğun üçün əsas heyətdən kənarlaşdırıldığın barədə
xəbərlər var idi. Bu xəbərlər nə dərəcədə doğrudu?
- Yox, belə bir hadisə baş verməyib. Hər şey qaydasında olub. Heç bir problem
olmayıb.
Mənbə: futbolinfo.az