"Qarabağ”la yeni müqavilə şərtlərini razılaşdıra bilməyən və hazırda vətənində olan Riçard Almeydanın "Neftçi”də peyda olacağıyla bağlı xəbərlər yayılıb. Müxtəlif mənbələrdə daha öncə eyni səbəbdən "Qarabağ”ı tərk edən Vild-Donald Geryeni rənglərinə bağlayan Paytaxt təmsilçisinin millimizin braziliyalı üzvünə istədiyi pulu verəcəyi vurğulanıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisindən istədiyi əməkhaqqını ala bilmədiyi üçün yeni sazişə imza atmayan yarımmüdafiəçinin Bakı klubunda oynamayacağı dəqiqləşib. "Ağ-qaralar”ın sözçüsü Rüstəm Allahverdiyev saytımıza açıqlamasında belə deyib: "Bu xəbərlərin hardan qaynaqlandığını bilmirəm. "Neftçi” Almeydanı heyətə qatmağı planlaşdırmır”.
Fanat.Az