Moskvanın "Dinamo" klubundan ayrılacağı gözlənilən Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi iddia olunur.
Yayılan xəbərlərə görə, hazırda Bakıda olan milli futbolçumuz "Neftçi" ilə danışıqlar üçün paytaxta gəlib.
Sport7.az "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb. Klub rəsmisi xəbəri təkzib edib: "Ramil Şeydayev ilə heç bir danışığımız olmayıb. Onun Bakıya gəlməsinin "Neftçi" ilə əlaqəsi yoxdu. Ramil ilə "Neftçi" arasında danışıqlar olduğu ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir".
Fanat.Az