Çinin "Şanxay SİPG" klubunda çıxış edən Halkla bağlı şok xəbər yayılıb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduzun boşandığı həyat yoldaşı İran Angelo de Souzanın qardaşı qızı Kamila ilə sevgili olduğu iddia edilib.
Halk və İran bu ilin avqustunda 12 illik evliliklərinə son qoyublar. Onların bu nigahdan İan, Xames və Alise adlı 3 övladı var.
Braziliya mətbuatında yer alan xəbərlərə görə, Halk və Kamilanın yaxınları da onların münasibətlərini etiraf edib. Onların sözlərinə görə, futbolçu ötən həftənin şənbə günü Kamilanın ailəsinə zəng edərək münasibətlərini açıqlayıb.
Camila Halkın keçmiş həyat yoldaşının ən sevimli qohumu olub. Onların birlikdə çəkilmiş fotoları hələ də İran Angelo de Souzanın sosial media hesablarında qalır.
Fanat.Az