2019-cu ilin ən yaxşı bombardiri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Bavariya"nın və Polşa millisinin üzvü Robert Levandovski ilin ən yaxşı bombardiri olub. 31 yaşlı forvard bu il klub və yığma səviyyəsində üst-üstə 59 oyuna 59 qol vurub.
İkinci yerdə "Barselona"nın və Argentina millisinin forvardı Lionel Messi qərarlaşıb - 58 oyun, 50 qol. İlk "üçlüy"ü PSJ-nin fransalı qolçusu Kilian Mbappe qapayıb - 49 oyun, 44 qol.
Fanat.Az