"Football World Rankings" portalı dünyanın ən yaxşı məşqçilərinin 2019-cu il üçün son reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan klublarının baş məşqçilərindən ən yaxşı nəticəni yenə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov göstərib. O, 1054 xalla 575-ci pillədə qərarlaşıb. Qurbanov 2018-ci ili 461-ci sırada başa vurmuşdu.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin 818 xalla 678-ci yeri tutub. İtaliyalı mütəxəssis ötən ilin dekabrının siyahısı ilə müqayisədə 283 pillə irəliləyib.
Siyahının ilk üç pilləsində Yurgen Klopp (Liverpul), Pep Qvardiola (Mançester Siti) və Mauritsio Sarri (Yuventus) qərarlaşıb.
Fanat.Az