Moskva "Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevin növbəti iş yeri müəyyənləşmək üzrədir.
Fanat.Az-ın məlumatına görə, "Rostov” və "Rubin” 23 yaşlı oyunçunun xidmətində maraqlıdır. "Krılya Sovetov”da oynamaq istəməyən Ayaz bu variantların hər ikisinə razıdır. Moskva təmsilçisi sözügedən elita klublarıyla danışıqları davam etdirir.
Qeyd edək ki, sözügedən orta xətt oyunçusu bu mövsüm "Spartak”da 15 matça çıxıb. Ayazın hesabında nə qol, nə də məhsuldar ötürmə var.
Fanat.Az