Rus model Viktoriya Odintçova Kriştiano Ronaldo barədə etiraf edib.
Fanat.Az xəbər verir ki, "Instagram"da 5 milyon izləyicisi olan rus gözəl portuqaliyalı futbolçunun onunla tanış olmaq istədiyini və mesaj yazdığını bildirib.
Bir "YouTube" kanalına danışan Viktoriya "Ronaldo "Instagram"da mənə mesajlar yazıb, tanış olmaq istədi. Mən isə mesajı sildim və cavab vermədim. Ona heç bir şans vermədim. Ronaldonun yazdığı başqa qızlar da var idi, bunu bilirdim. Bu səbəbdən mesajları sildim" deyib.
Viktoriya PSJ-nin ulduzu Neymar və F1 pilotu Levis Hamiltondan da tanış olmaq üçün mesajlar aldığını bildirib: "Telefonumda nömrəsi olan ən məşhur şəxs Levis Hamiltondu. Sonuncu dəfə ötən ayın 15-də danışmışıq. Doğum günümü təbrik etdi. Onunla sadəcə dostuq. Bəzən onun qatıldığı yarışlara gedirəm. Sonuncu dəfə Soçidə idi. Levislə 3 ildi dostuq. Neymarla da əlaqəm var. Çünki Levisin dostudu. Onun vasitəsi ilə tanış olmuşam. Çox normal insandı, "Instagram"da mesajlaşırıq.
Fanat.Az