"Eurovision-2011"in qalibi Nigar Camal futbolçu olan qızı Jasminin görüntülərini paylaşıb.
Fanat.Az xəbər verir ki, sənətçinin "Instagram” hesabında yayımladığı görüntülərdə qızının böyük məharətlə topla etdiyi peşəkar futbol fəndləri izləyicilərin diqqətini çəkib. Görüntülərdə 14 yaşlı Jasminin topla rəftarı öz əksini tapıb.
Qeyd edək ki, Jasmin hazırda İngiltərənin "Tottenhem" klubunun qızlardan ibarət komandasında oynayır və hədəfi "Çelsi”də çıxış etməkdi.
Onu da qeyd edək ki, Nigar Camalın Səidə və Jasmin adlı qız övladları var. Onlar hər ikisi Londonda yaşayır və orada təhsil alırlar.
Fanat.Az