Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçu Rusiya təmsilçisi "Yenisey"lə müqavilə bağlayıb. O, bu kluba digər Rusiya təmsilçisi "Kubanoçka"dan (Krasnodar) keçib. O, bu komandada keçirdiyi 12 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Yenisey"ə azad agent kimi keçən Sevinc Cəfərzadə yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Fanat.Az