"Barselona”nın 31 yaşlı xorvat oyunçusu İvan Rakitiç AÇ-2020-dən sonra
milli karyerasını bitirməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi bu haqda ölkəsinin mətbuatına danışıb:
"Böyük ehtimalla, Avro-2020 milli komanda ilə son böyük turnirim olacaq. Gəlin, realist olaq. Mən öncədən gənc
oyunçular üçün bacardığımı əsirgəməyəcəyimi söyləmişəm. Önəmli olan millimizin uğurlu
çıxışıdır”.
2007-ci ildən Xorvatiya seçməsinə dəvət alan Rakitiç dama-dama formada çıxdığı 104 matçda 15 qola imza atıb.
Fanat.Az