Artıq "Monako"nu oyunlara yeni baş məşqçi çıxaracaq.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki,"ağ-qırmızılar”ın rəhbərliyi 45 yaşlı Leonardo Jardimlə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.
Onun yerini ispan Roberto Moreno tutub. Yeni çalışdırıcı ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
2014-cü ildə Jardimə tapşırılan "Monako" onun rəhbərliyi altında bir dəfə Fransa çempionluğunu bayram edib.
Xatırladaq ki, Moreno son olaraq İspaniya millisini çalışdırıb.
Fanat.Az