"Trabzonspor” klubu baş məşqçi Ünal Karamanla yollarını ayırıb.
Fanat.az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Sözləşmənin vaxtından əvvəl pozulmasına görə klub mütəxəssisə 2 milyon 250 min Türkiyə lirəsi ödəyib.
Qeyd edək ki, 2019-cu ilin iyununda imzalanan müqavilə 2021-ci il mayın 31-də başa çatmalı idi.
Fanat.az