APOEL-in dekabrda istefaya göndərdiyi baş məşqçisi Tomas Doll Kipr klubundan ayrılma səbəbini açıqlayıb.
Fanat.az xəbər verir ki, o, bu barədə Albaniya mətbuatında açıqlamasında danışıb.
"2019-cu il mənə çox şey öyrətdi. Əgər bir klub rəhbərliyi məşqçisini dəstəkləmirsə, orada qalmaq şansınız yoxdur. Ağlamaq istəmirəm, amma həqiqətən belədir", deyə Doll bildirib.
Mütəxəssis Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyunu da xatırladıb: "Avqustun 7-i Kiprə getdim, 8-i komandanı qəbul etdim 4 gün sonra isə Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik. Hamı tərəfindən təbrik edildik. Futbol belədir".
Qeyd edək ki, APOEL ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 2:0 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi. Komanda pley-off-da "Ayaks"a uduzmuşdu.
Fanat.az