"Barselona” 2020-ci ilin yayında Nelson Semedo ilə yollarını ayıracaq.
Fanat.Az sport.es-ə istinadən xəbər verir ki, klub portuqaliyalı müdafiəçini 50 milyon avroya satmaq niyyətindədi. Artıq "Barselona”nın idman direktoru Erik Abidal Dubayda Semedonun agenti Jorje Mendeşlə görüşərək müazkirələr aparıb. Agent görüş zamanı 26 yaşlı futbolçunun Kataloniya klubundan başqa kluba keçmək istədiyini söyləyib.
Qeyd edək ki, 2017-ci ildə "Benfika"dan 35.7 milyon avroya "Barselona”ya keçən futbolçu cari mövsümdə 19 oyuna çıxaraq 3 məhsuldar ötürmə edib.
Fanat.Az