"Qəbələ” yanvarın 4-də 2019/20 mövsümünün ikinci yarısının hazırlığına start verəcək.
Fanat.Az kluba istinadla xəbər verir ki, "qırmızı-qaralar” Bakıda bir araya gələcəklər.
Elmar Baxşıyevin rəhbərliyi ilə baş tutacaq 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcəklər.
Hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.
"Qəbələ” ayın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki "Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı oynanılacaq. Yanvarın 14-də "qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra keçiriləcək ikinci oyunda rəqib Rusiya təmsilçisi "Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın "Etar” klubu ilə üz-üzə gələcək komanda yanvarın 25-də bu ölkənin digər təmsilçisi "Dunav” ilə qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol