"Yuventus" İtaliya A Seriyasnın XVIII turunda "Kalyari"ni darmadağın edib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Turindəki "Alyans” stadionunda baş tutub və meydan sahibləri 4:0 hesablı qələbə qazanıb.
Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. Kriştiano Ronaldo 49-cu dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. İkinci hissənin ortalarında portuqaliyalı 11 metrlik cəriməni reallaşdıraraq Turin klubunun üstünlüyünü artırıb. 81-ci dəqiqədə Qonzalo Hiquayn Ronaldonun ötürməsi ilə hesabı 3:0-a çatdırıb. Bir dəqiqə sonra Ronaldo het-triki rəsmiləşdirib - 4:0.
"Yuventus" 45 xalla A seriyasının turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. "Kalyari" 29 xalla 6-cı yerdədi.
Fanat.Az