Keçmiş baş məşqçi Vüqar Məmmədin geridə qalan il yığmaya dəvət etmədiyi U-17 millimizin hücumçusu Ayxan Cabbarlı şərəfini qoruduğu "Göteborq" klubu ilə yeni müqavilə bağlayıb.
Bu barədə sportinfo.az saytına məlumatı futbolçunun atası Rasim Cabbarov verib.
Onun sözlərinə görə bir müddət əvvəl "Tottenhem"ə baxışa yollanan Ayxan İsveç təmsilçisi ilə yeni - 1 illik anlaşmaya qol çəkib. Forvardın atası bildirib ki, hələlik İngiltərə klubundan cavab gözləyirlər. Cabbarlı hazırda skandinavların 17 yaşlılardan ibarət komandasının əsas heyət üzvüdür.
Təsadüfi deyil ki, İsveç Superliqasında yüksək yerlər uğrunda mübarizə aparan "Göteborq"un əsas komandasının yeni çəkilmiş reklam çarxında Ayxan da yer alıb. Futbolçumuzu videonun 12, 23 və 43-cü saniyələrində görə bilərsiz.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol