"DÇ-2020"nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, millimiz yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki görüş saat 20.00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi "DÇ-2020"nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki "Qradsk vrt Arena”da keçiriləcək.
Fanat.Az