Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Kral Abdulla Sports Siti" stadionunda İspaniya Super Kubokunun ikinci yarımfinal matçı keçirilib.
Fanat.Az xəbər verir ki, matçda "Barselona” və "Atletiko" komandaları qarşılaşıblar. Oyun Madrid komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Atletiko"nın heyətində ilk qolun müəllifi ikinci hissənin başlanğıcında Koke olub. 5 dəqiqə sonra "Barselona"nın hücumçusu Lionel Messi hesabı bərabərləşdirib. Antoine Qrizmann ikinci hissənin ortalarında hesab arasındakı bərabərliyi aradan qaldırıb. Lakin kataloniyalıları növbəti dəfə Alvaro Morata (penaltidən) və Angel Korrea məyus ediblər.
"Atletiko" İspaniya Super Kubokunun finalında "Real"la qarşılaşacaq. Matç yanvarın 12-də Ciddədə "Kral Abdulla Sports Siti" stadionunda, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Fanat.Az