Yenicə "Kayserispor"un sükanı arxasına keçən Robert Prosineçki gözlənilməz təklif irəli sürüb.
Fanat.Az xəbər verir ki, Super Liqa klubunun çalışdırıcısı Əfran İsmayılova dəvət göndərib.
Xorvatiyalı mütəxəssis yarımmüdafiəçiyə "Kayserispor"la 6 aylıq müqavilə bağlamağı təklif edib. 32 yaşlı futbolçu bu dəvəti gözləmədiyindən, keçidin baş tutub-tutmayacağı qarşıdakı günlərdə məlum olacaq.
İsmayılov Prosineçkinin ən sevimli oyunçularındandır. O, millimizi çalışdırdığı vaxt (2015-2018) Əfranı həmişə fərqləndirib.
Prosineçkinin ondan qabaq Kamran Ağayevi "Kayserispor"a istədiyi bəllidir. Xorvatiyalı yığmamızın qapıçısının 7 aydan artıqdır klubsuz qalmasını öyrənincə, üzünü İsmayılova çevirib.
Mənbə: sportinfo.az