Cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ”da keçirən Asmir Beqoviçin karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, "Bornmut”un 32 yaşlı "çərçivə” qoruyucusu rəsmən "Milan”lı olub.
İnformasiyanı klubun rəsmi saytı yayıb. Milan təmsilçisi Beqoviçi mövsümün sonunadək icarəyə götürüb.
Təcrübəli qolkiper sabahdan yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə eyni adlı şəhərin klubu yeni əlcək sahibini ictimaiyyətə təqdim edəcək.
Asmirin "Bornmut"la olan müqaviləsinin müddəti gələn ilin yayına qədərdi. Onun "Qarabağ”da 15 oyun keçirdiyini və 15 qol buraxdığını bildirək.
Fanat.Az